"Mançester Yunayted"in keçmiş ulduzu Uayn Runi keçmiş komanda yoldaşı Kriştiano Ronaldonun son davranışlarını və açıqlamalarını kəskin dildə tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, Runi portuqaliyalı ulduzun hərəkətlərinin həm komandaya, həm də ölkəsinin futbol federasiyasına böyük hörmətsizlik olduğunu vurğulayıb.
Messinin Argentina millisindəki karyerasını başa vurduğunu elan etdiyi gün Ronaldonun Portuqaliya düşərgəsini tərk edərək qalmaqallı açıqlama verdiyini xatırladan ingilis mütəxəssis, bu addımın tamamilə yanlış olduğunu bildirib: Sezar pizza
"Ronaldo möhtəşəm futbolçudur, amma dürüst olmaq lazımdır. Baş məşqçini və komanda yoldaşlarını gözdən salmaq düzgün deyil. O, Portuqaliya Futbol Federasiyasını da çətin vəziyyətdə qoydu. Hər bir futbolçu üçün karyerasını bitirmək vaxtı gəlir və təəssüf ki, Ronaldo da həmin mərhələyə yaxınlaşır. Lakin o, bu vəziyyəti idarə edə bilmir və baş verənləri izləmək getdikcə narahatedici olur. Sən baş məşqçiyə mətbuat konfransında nə deməli olduğunu diktə edə bilməzsən, bu qəbuledilməzdir. O, milli üçün çox iş görüb, amma bu, baş məşqçiyə nə danışacağını diktə etməyə haqq qazandırmır. İndiyədək belə bir şey görməmişəm".
Nazim Hacıyev
Telegram kanalımız