Rusiya atəşkəsə əməl etmədi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya atəşkəsə əməl etmədi

Dünya

07 Yanvar 2023 09:56 784


Pentaqon Rusiyanın öz üzərinə götürdüyü “Milad atəşkəsi”ni pozduğunu müəyyən edib. 

Yenisabah.az xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Laura Kuper qeyd edib. 

O bildirib ki, dekabrın 6-da prezident Vladimir Putin birtərəfli qaydada atəşkəs elan etsə də, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyatları dayandırmayıb. pizza hut

Kuper Putinin bəyanatını sonda nəticə verməyən “təbliğat hiyləsi” adlandırıb.

Pentaqon rəsmisnin sözlərinə görə, Rusiya Ukrayna mövqelərinə mənasız hücumları davam etdirib.

Xatırladaq ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Kirilin pravoslavların bu günləri kilsədə rahat keçirə bilməsi çağırışından sonra Putin yanvarın 6-da “Milad bayramı” atəşkəsi elan etmişdi.

Ukrayna işğalçı dövlətin “sülh təşəbbüsünü” dərhal rədd etdiyi üçün “atəşkəs”in birtərəfli qaydada “həyata keçiriləcəyi” iddia olunurdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!