Rusiya Ermənistana qaz nəqlini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistana qaz nəqlini dayandırdı

Dünya

14 Sentyabr 2026 10:27 83


Rusiyadan Ermənistana nəql olunan təbii qazın tədarükündə müvəqqəti fasilə yaranacaq. Buna səbəb Rusiya Federasiyası ərazisindən keçən magistral qaz kəmərində planlaşdırılan profilaktik və təmir-bərpa işləridir.

“Yeni Sabah” xəbər verir ki, təmir işləri müddətində Ermənistanın daxili qaz təchizatı şəbəkəsində kəsintilərin olmaması üçün lazımi tədbirlər görülüb. Ölkənin qaz paylayıcı operatoru bəyan edib ki, profilaktika dövründə istehlakçıların təbii qaza olan tələbatı daxili ehtiyatlar və yeraltı qazanbarlarında toplanmış daxili resurslar hesabına tam təmin ediləcək.

Mütəxəssislər bildirirlər ki, kəmərdə aparılan profilaktik tədbirlər payız-qış mövsümünə hazırlıq çərçivəsində magistral xətlərin təhlükəsizliyini və fasiləsiz işini təmin etmək məqsədi daşıyır. Təmir işləri yekunlaşdıqdan dərhal sonra qazın əvvəlki həcmdə və rejimdə Ermənistana nəqli bərpa olunacaq. pizza hut

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!