“Rusiya prezidenti ilə dialoqu dəstəkləmək vacibdir. Təcrid ən pis siyasət variantı olardı”.
Yenisabah.az “France Press”ə istinadla xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.
O, Rusiyanın rəhbərliyi ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır. pizza mizza
Kolonnanın sözlərinə görə, belə dialoq öz effektivliyini göstərir. Nümunə kimi o, BAEA (MAQATE) rəhbəri Rafael Qrossinin Rusiya tərəfi ilə razılaşdırılmış Zaporojye AES-ə səfərini göstərib.
ABŞ prezidenti Co Baydenin dünyada nüvə silahından istifadə riski ilə bağlı verdiyi son bəyanatı "nüvə Armageddonu" kimi qiymətləndirən Kolonna qeyd edib ki, belə ciddi məsələlərdə açıq və diqqətlə danışmaq lazımdır.
Telegram kanalımız