Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var

Dünya

15 İyul 2026 22:07 40


Rusiya ordusu iyulun 15-də Ukraynanın Zaporojye zərbələr endirib. İlkin məlumatlara görə, iki nəfər ölüb, daha doqquz şəhər sakini yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb.

Onun sözlərinə görə, yaralılardan üçünün vəziyyəti ağırdır. Marqarita pizza

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Rusiya nınzərbəsi nəticəsində bir ünvanda çoxmərtəbəli yaşayış binası zədələnib və avtomobillər yanıb. Partlayış dalğası yaxınlıqdakı evlərə və maşınlara ziyan vurub. Digər ünvanda isə müəssisə ərazisində yanğın baş verib.

Qeyd edək ki, iyulun 15-nə keçən gecə Rusiya ordusu Sumı, Çerniqov, Xarkov, Donetsk vilayətlərinə hücum edib, Odessa və Xarkova zərbələr endirib. Hücumlar nəticəsində ölən və yaralananlar olub, çoxsaylı dağıntılar qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!