30 Sentyabr - 00:36
Rusiya səfiri XİN-ə çağırıldı 

Rusiya səfiri XİN-ə çağırıldı 

Dünya

02 Avqust 2022 14:53 579


Rusiyanın İsveçdəki səfiri Viktor Tatarintsev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb Ukraynada öldürülən isveçli döyüşçü ilə bağlı səfirliyin sosial şəbəkə hesabında yazılan şərhlər olub. 

İsveç XİN-ə çağırılan rusiyalı diplomata səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pislənildiyi bildirilib.

Qeyd edək ki, Rusiya səfirliyinin paylaşımında Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” yazılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!