Rusiya Tehrandakı səfirini dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Tehrandakı səfirini dəyişir

Dünya

07 Sentyabr 2022 15:12 840


Rusiya İrana yeni səfir təyin edib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu, Aleksey Dedovdur. O, 11 ildən artıq Tehranda eyni vəzifəni tutmuş Levan Caqaryanı əvəz edəcək.

İranın hazırkı səfiri Kazem Cəlali öncədən Dedovla görüşüb və bu barədə öz sosial şəbəkə hesabında məlumat yayıb. Dominos pizza

Aleksey Dedov 1982-ci ildən Rusiya (Sovet İttifaqı) Xarici İşlər Nazirliyində çalışır. O, 2004-2009-cu illərdə Rusiyanın İrandakı səfirinin müavini olub. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin Asiya şöbəsində işləyib. 2013-cü ildən isə 6 il ölkənin Pakistandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!