Rusiyada 5,9 bal gücündə zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada 5,9 bal gücündə zəlzələ oldu

Dünya

16 Sentyabr 2025 00:18 409


Rusiyanın Kamçatka diyarının Petropavlovsk-Kamçatsk şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 150 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı isə 25 kilometrdən çox dərinlikdə olub.

Məlumata görə, diyar sakinləri yeraltı təkanları hiss ediblər.

Sunami təhlükəsi elan olunmayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!