Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

Dünya

20 Sentyabr 2026 23:41 716


Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 21:05-ə olan məlumatına görə, hakim "Vahid Rusiya" partiyası bülletenlərin 13,88%-i sayıldıqdan sonra federal siyahıda səslərin 57,54%-ni toplayıb.

Mərkəzi Seçki Komissiyası parlamentdə təmsil olunan beş partiyanın yenə dumaya daxil olduğunu açıqlayıb. Dördpendirli pizza

Hazırda "Vahid Rusiya" birinci yeri tutur. Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) ikinci (13,67%), Liberal Demokrat Partiyası (LDPR) üçüncü (9,27%) və "Yeni İnsanlar"dördüncü (7,96%) olub.

İlkin məlumatlar həmçinin “Ədalətli Rusiya”nın (5,16%) 5% baryeri keçdiyini və parlamentdə yer alacağını göstərib.

Qeyd edək ki, dumaya üç günlük seçkilərdə cəmi on partiya iştirak edib (11-ci olan" Yabloko" Ali Məhkəmənin qərarı ilə seçkilərdən kənarlaşdırılıb).

Səslərin sayılmasının 21 sentyabr səhərinə qədər başa çatacağı və seçki nəticələrinin 25 sentyabrdan tez olmayaraq açıqlanacağı gözlənilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!