Rusiyada erməni biznesmen öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada erməni biznesmen öldürüldü

Kriminal

21 Noyabr 2021 13:43 858


Rusiyada erməni biznesmen öldürülüb.

Yenisabah.az xəbər verir ki, noyabrın 20-də Leninqrad vilayətində A-121 (Sortavala) magistralında maneəyə çırpılan “Mitsubishi Galant” minik avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.

Avtomobilin sürücüsü və iki sərnişin qəza yerindən qaçmaq istəsə də, polis onları saxlayıb. Avtomobilin yük yerindən düşən meyitin şəxsiyyəti müəyyənləşib və onun 50 yaşlı İrəvan sakini, biznesmen Arkadi Kazinyan olduğu müəyyənləşib.

Biznesmenin Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürüldüyü, meyitin isə basdırılmaq üçün meşəyə aparıldığı üzə çıxıb.

Qətlin səbəbi hələlik məlum deyil. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!