Rusiyada istənilən problem bizim xeyrimizədir - Kuleba 

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada istənilən problem bizim xeyrimizədir - Kuleba 

Dünya

24 İyun 2023 17:49 602


Ukrayna XİN başçısı Dmitri Kuleba hesab edir ki, Rusiyada hər hansı problem Ukraynanın maraqlarına uyğundur. 

Yenisabah.az xəbər verir ki, Kuleba bunu "Espresso" telekanalına şərhində bildirib. 

“Düşmən arxasında yaranan istənilən üsyan, hər hansı problem bizim marağımızdadır", - o qeyd edib.  pizza sifarişi

Teleaparıcının Rusiyadakı üsyanın Ukrayna üçün mümkün nəticələri barədə sualına cavabında Kuleba deyib ki, bu barədə danışmaq və proqnozlaşdırmaq hələ tezdir. 

"Priqojin Rusiya dövlətinin bütün maşınına qarşı üsyan etdi. Ona görə də indi nəticələrini proqnozlaşdırmaq çox spekulyativ olardı. Amma bir daha təkrar edirəm ki, düşmən xəttinin arxasında hər hansı problem bizim qələbəmizin xeyrinədir", - nazir bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!