Rusiyada müharibə əleyhinə mitinq - Gənclərdən çağırış

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada müharibə əleyhinə mitinq - Gənclərdən çağırış

Dünya

21 Sentyabr 2022 12:29 1261


Rusiyada müharibə əleyhdarları qismən səfərbərliyə qarşı mitinq elan ediblər.

Yenisabah.az xəbər verir ki, aksiyanın təşkilatçısı “Vesna” Gənclər Hərəkatıdır.

Fəallar vətəndaşları bu gün, axşam saat 7-də yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı “Məzarlaşmağa yox” adlandırıblar. Dördpendirli pizza

Qeyd edək ki, “Vesna” Gənc Demokratik Hərəkatı 2013-cü ildə Sankt-Peterburqda “Gənc Yabloko”, “Oborona” və “Solidarnost” gənclər təşkilatlarının birləşməsi nəticəsində yaradılıb.

Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!