Rusiyada ixtisaslı mühəndis kadrları kəskin şəkildə çatışmır.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə Sankt-Peterburqda keçirilən iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev danışıb.
O hesab edir ki, bu problem dövlətin və müəssisələrin iştirakı ilə kompleks şəkildə həll edilməlidir. Dominos pizza
Patruşevin sözlərinə görə, Qərb ölkələri ilə qarşıdurma şəraitində Rusiya elmi, texnoloji və kadr suverenliyinə nail olmalıdır, ona görə də mühəndislərin, o cümlədən hərbi-sənaye kompleksinin maraqlarına uyğun hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
TŞ katibi bildirib ki, təhsil müəssisələrində təyyarə və gəmiqayırma “mühəndislik sinifləri”nin yaradılması üzrə işlər ləng gedir.
Telegram kanalımız