Rusiyada güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada güclü zəlzələ oldu

Hadisə

22 Noyabr 2025 08:45 2580


Rusiyanın Kamçatka yarımadasında 6 maqnitudada zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi xəbər verib.

Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdən 359 km cənubda baş verib. Zəlzələnin episentri 65,6 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!