Ruslan İzzətli haqda sensasion xəbər

saytların hazırlanması

Evə çatdırılma

Ruslan İzzətli haqda sensasion xəbər

Sosial

13 İyun 2022 12:27 2011


Bir neçə gün önce “D-18” hərəkatının keçmiş sədri Ruslan İzzətli hərakatin idarə heyətinin yekun qərarı ile “D-18”-dən qovulub.

Bu haqda KONKRET.az məlumat yayıb. Bu barədə sayta adının çəkilməsini istəməyən hərəkat üzvü bildirib. R.İzzətlinin hərəkatdan qovulmasının səbəbi isə maraqla qarşılanıb. Belə ki, iddiaya görə, İzzətli hərəkatın qız üzvlərinə qarşı nalayiq hərəkətlər edib, evli olmasına baxmayaraq gənc qızlara münasibət təklif edib.

Qeyd edək ki, 3 il öncə Ruslan İzzətlinin hərəkata sədrlik etdiyi dövrdə bir qadın üzv qurumdan istefa vermişdi. Həmin üzv sədrin ona sataşdığını, sevgili olmağı təklif etdiyini vurğulamışdı. Sezar pizza

Sayt yazır ki, hərəkatda qadınlara düşkün bir üzvün olması əsas prinsipi zorakılığa qətiyyətlə yox deyən və öz fəaliyyətində qeyri – zorakı mübarizə aparan “D-18”-in nüfuzuna da xələl gətirən vacib arqumentdir.

Xatırladaq ki, “D-18” hərəkatı 2013-cü ilin martın 18-dən fəaliyyət göstərməyə başlayıb. İlk sədri Ruslan İzzətli olub. 2021-ci ilin sentyabrın 18-də “D-18” hərəkatının qurultayı keçirilib. Qurultayda yeni sədr Əhməd Məmmədli seçilib. Ruslan Izzətli isə sıravi üzv kimi fəaliyyətinə davam edirdi.

KONKRET.az-ın Araşdırma Qrupu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!