Ruslar Ukraynaya bu dəfə Belarusdan hücum etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ruslar Ukraynaya bu dəfə Belarusdan hücum etdilər

Dünya

25 Oktyabr 2022 13:36 854


Oktyabrın 25-i Kiyev və regionda hava həyəcanı verilib.

Yenisabah.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, polkovnik Yuri İqnat məlumat verib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, ruslar Belarus ərazisindən “Şahed” kamikadze pilotsuz təyyarələrini havaya buraxıblar. pizza sifarişi

Polkovnikin sözlərinə görə, işğalçılar İranın 10 pilotsuz təyyarəsini havaya buraxıblar:

"Bu, onların Kiyevə Belarusdan ilk hücumu deyil”.

O əlavə edib ki, gün ərzində Ukrayna müdafiəçiləri üçün pilotsuz təyyarələri vurmaq daha asandır, çünki hədəf vizual olaraq daha yaxşı görünür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!