Rustem Umerov Ukraynanın yeni müdafiə naziri oldu 

saytların hazırlanması

Evə çatdırılma

Rustem Umerov Ukraynanın yeni müdafiə naziri oldu 

Dünya

06 Sentyabr 2023 14:48 542


Rustem Umerov Ukraynanın yeni müdafiə naziri təyin olunub. 

Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Umerovun təyinatı Ali Radada təsdiqlənib. 

Qeyd edək ki, Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov bir neçə gün əvvəl prezident Volodimir Zelenskinin qərarına uyğun olaraq istefa verib. Bu gün onun 3 müavini də istefa ərizəsi yazıb.  Pepperoni pizza

Zelenski krımtatar əsilli R.Umerovun Reznikovu əvəzləyəcəyinin anonsunu vermişdi. Umerov bundan əvvəl xalq deputatı və hökumətin tərkibində komitə sədri kimi fəaliyyət göstərib. Ali Rada bir müddət əvvəl onun komitə sədrliyindən istefasını qəbul edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!