Rüsum azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

Rüsum azaldıldı

Sosial

01 Fevral 2021 17:31 2087


Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır, bəzi xidmətlərə görə isə rüsum ləğv edilir.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bu rüsumun məbləği 1,5 manat müəyyən edilir.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. pizza

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!