Saakaşviliyə hücum edildi
01 Okt 2020 21:02
930

Saakaşviliyə hücum edildi

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə Ukraynanın paytaxtı Kiyev şəhərində restoranda hücum edilib.

Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.  

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib.

Hücumun motivi araşdırılır. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər