Sabah 38 dərəcə isti! - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Sabah 38 dərəcə isti! - HAVA PROQNOZU

Sosial

04 İyun 2024 12:26 394


Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-50 % olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 26° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!