Sabah 39 dərəcə isti olacaq -   Hava proqnozu

saytların hazırlanması

Evə çatdırılma

Sabah 39 dərəcə isti olacaq - Hava proqnozu

Sosial

12 İyul 2026 12:30 108


İyulun 13-də havanın 39 dərəcə isti olacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək. pizza hut

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28°, bəzi yerlərdə 32-35° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!