Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sentyabrın 17-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu və Xətai rayonlarında qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, rayonun R.Axundov, Oktyabr, N.Zeynalova küçələrinin, Yeni yaşayış massivinin və Xətai rayonunun M.Hadi, A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qaz verilişində qısamüddətli fasilə olacaq. Pepperoni pizza
Telegram kanalımız