Sabah bu ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu ərazilərdə işıq olmayacaq

Sosial

18 Avqust 2026 23:09 111


Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 19-da Ağdaş və Göyçayda bir sıra 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən bildirilib.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 11:00-dan 14:00-dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 13:00-dək Yuxarı Qəsil, Kükəl kəndlərini və Ləki dörd yol ərazisini əhatə edəcək. Marqarita pizza

Göyçay EŞ-yə daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!