Təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 22-də Xətai rayonunun bir sıra ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi və A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, həmçinin Babək prospektinin qaz təchizatında fasilə olacaq. Dominos pizza
Aytac Əliyeva
Telegram kanalımız