DİQQƏT! Sabah güclü külək əsəcək   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial

15 Avqust 2026 15:00 255


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək.

"Yeni Sabah" xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. pizza

Goranboy, Naftalan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!