Sabah Kamran Əliyevin səlahiyyət müddəti başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Sabah Kamran Əliyevin səlahiyyət müddəti başa çatır

Siyasət

30 Aprel 2025 17:32 958


Azərbaycanın baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti sabah başa çatır.

Bakupost.az xəbər verir ki, qanunvericiliyə əsasən, baş prokuror beş il müddətinə təyin olunur.

Hazırda Kamran Əliyevin səlahiyyətlərinin uzadılması və ya yeni namizədin irəli sürülməsi ilə bağlı qərar gözlənilir. Marqarita pizza

Bu məsələ ilə bağlı yaxın günlərdə Prezident tərəfindən Milli Məclisə təqdimat göndəriləcək.

Kamran Əliyevin rəhbərlik dövrü prokurorluq orqanlarında islahatlar və müsbət tendensiyalarla yadda qalıb. Bu baxımdan onun növbəti müddətə də Baş prokuror vəzifəsində qalacağı ehtimalı yüksək qiymətləndirilir.

Xatırladaq ki, Kamran Əliyev 2020-ci ilin 1 may tarixindən ölkənin baş prokurorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!