Bu gün metro bu saata qədər   işləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu gün metro bu saata qədər işləyəcək

Sosial

25 Avqust 2026 11:06 91


“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

"Yeni Sabah" xəbər verir ki, Bakı Metropoliteninin yaydığı məlumata görə, bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma penaltilər seriyasına qədər davam edərsə, metropolitenin stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Məlumata əsasən, oyunla əlaqədar “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq, növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq. Marqarita pizza

Həmçinin “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Qeyd olunub ki, gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam etdiriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!