Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev qərara qəbul edib.
Qərara Karaqanda vilayətində şaxtada baş verən qəza ilə bağlıdır. İlkin ehtimala görə, qəzaya metan qazının partlaması səbəb olub. Hadisə zamanı şaxtada 252 nəfər olub, onlardan 205 nəfəri şaxtadan çıxarılıb. pizza
Son məlumatlara əsasən, qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Mədəndə 23 nəfərin qaldığı bildirilir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Hadisə zamanı xəsarət alan 18 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qazaxıstan Prezidenti bu gün səhər Karaqanda vilayətinə gedib.
Telegram kanalımız