Sabah termometr 39 dərəcəni göstərəcək -   Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Sabah termometr 39 dərəcəni göstərəcək - Proqnoz

Sosial

22 İyul 2026 12:42 63


İyulun 23-də Azəraycanda 39 dərəcə isti gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. pizza sifarişi

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!