Sabah yollar buz bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah yollar buz bağlayacaq

Sosial

29 Yanvar 2023 13:04 818


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabahn.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!