Sabahdan Azərbaycanda tətil başlayır -   Qeyri-iş günlərinin sayı

saytların hazırlanması

Evə çatdırılma

Sabahdan Azərbaycanda tətil başlayır - Qeyri-iş günlərinin sayı

Sosial

05 Noyabr 2022 10:58 1112


Sabahdan Azərbaycanda 4 günlük tətil başlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var.

Qərara əsasən, qeyri-iş günləri noyabrın 6-sı, 7-si, 8-i və 9-u tarixlərini əhatə edəcək. Toyuqlu pizza

Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Qeyd edək ki, növbəti iş günü noyabrın 10-da olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!