Sabahın havası: Yenə yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın havası: Yenə yağış yağacaq

Sosial

15 Oktyabr 2022 12:32 1519


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, oktyabrın 16-da səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-6° isti, gündüz 6-10° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!