Sabiq deputat Ramiz Mehdiyevlə bağlı faktları ifşa etdi

saytların hazırlanması

Evə çatdırılma

Sabiq deputat Ramiz Mehdiyevlə bağlı faktları ifşa etdi

Sosial

15 Sentyabr 2026 14:39 130


“Ramiz Mehdiyevin bir sıra ağır cinayətlərdə ittiham olunduğu cinayət işi üzrə istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. Məlumatda qeyd olunur ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyevin adları cinayət işində şahid qismində yer alıb”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sabiq deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev qanunsuz yolla xeyli sayda tenderin “qalibi olub”:

“Aşağıdakı paylaşımı 19 avqust 2022-ci ildə etmişəm…Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev rəhbərlik etdiyi "Şərq -Qərb" nəşriyyatı tenderlərdə iştirak edən kimi bütün nəşriyyatlar dabana tüpürüb qaçırlar. Əvvəlcədən bilirlər ki, qalib odur. Məsələn, Elm və Təhsil nazirliyinin 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi tenderin qalibi Teymur Mehdiyevin rəhbərlik etdiyi "Şərq-Qərb"ASC olub. Nazirlik Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat ödəyəcək. Bilmək olmaz, bəlkə də xərcləyib qurtarıblar. Teymur Mehdiyevin mübarək Nəşriyyatı bu qədər vəsaiti udmamışdan əvvəl çap məhsulları üzrə ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcu olmuşdu. Dördpendirli pizza

Hesablama Palatasının 2020-ci ilə dair hesabatından: "“Şərq-Qərb” ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib."

Professor əlavə edib ki, sözügedən tenderlərin bir çoxunda Elm və Təhsil Nazirliyinin rolu olub:

“Bütün bunlar barədə mətbuatda xeyli yazılar dərc olundu. Ancaq nə faydası yazılar T. Mehdiyevin şəriklərini hiddətləndirdi və daha böyük məbləğlər qopardılar. Bu yazını da ehtiyatla yazıram, qorxuram ki, onun məbləğini yenidən artıralar. Elə də oldu “Şərq - Qərb” ASC az sonra yenə tender qalibi oldu. Təhsil Nazirliyinin 2022-2023 cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blankarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 361 min manatlıq tenderinin qalibi adıçəkilən şirkəti elan edib.

“Şərq-Qərb” nəşriyyatında 2017- ci ildə "Rus bölməsi" üçün 7 min tirajla çap olunmuş 10-cu sinif "Всеобщая история" dərsliyində qondarma "Velikaya Armeniya" xəritəsi yer almışdı. Bu, ölkəmiz üçün birbaşa təxribat idi. O zaman nəşriyyatın faktiki sahibi Ramiz Mehdiyev böyük vəzifə tutduğundan bunun üstünü ört-basdır etdilər.

Xatırladıram ki, “Şərq-Qərb” ASC-nin səhimlərinin 96,5%-i Fövqəladə hallar nazirinin sabiq müavini müavini, general-mayor Mehdiyev Teymur Ramiz oğluna məxsusdur.

Elm və təhsil nazirliyi yavaşımır...

2024-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Şərq-Qərb” ASC (VÖEN - 2000043631) olub. Nazirlik qalib şirkətlə 2 milyon 535 min 277 manat dəyərində müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə “Şərq-Qərb” ASC nazirliyin sifarişi əsasında 7-9-cü siniflər üzrə böyük ölçülü dərsliklər hazırlamalı idi”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!