Ali məktəbə qəbul olunanlar arasında sabiq deputat Jalə Əhmədova da var.
"Yeni Sabah" xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında paylaşım edib.
Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq. Sezar pizza
J.Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Hüquq fakültəsini bakalavr, BDU-nun Beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub.
Xatırladaq ki, Jalə Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır. Bundan başqa, Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimidir.
J.Əhmədova Ali Məhkəmənin sabiq hakimi polkovnik Fərhad Əliyevin qızıdır. O, Dövlət Təhlükəsizlik Xidmətinin mərhum polkovniki Babək Əhmədovun xanımıdır. Sabiq deputatın 2 övladı var.
Nazim Hacıyev
Telegram kanalımız