Sabiq nazir külli miqdarda borca düşdü

saytların hazırlanması

Evə çatdırılma

Sabiq nazir külli miqdarda borca düşdü

Sosial

22 Sentyabr 2026 16:22 145


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlər – “İmprotex Motors” və “İmprotex Trucks Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.

"Yeni Sabah" iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə məlumat kommersiya qurumlarının dövlət reyestrindən əldə edilib.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İmprotex Motors”un 108 545.92 manat, “İmprotex Trucks Buses”in isə 970 909.88 manat vergi borcu yaranıb. Marqarita pizza

Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks  Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.

“İmprotex Motors” şirkəti 1997-cu ildə dövlət qeydiyyatına alınıb. Yerli avtomobil bazarında ilk rəsmi idxalçı kimi tarixə düşən “İmprotex Motors” şirkətinin əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. BMW, BMW Motorrad, MINI, Rolls-Royce və Yamaha kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır.

“İmprotex Trucks Buses” şirkəti isə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “MAN Truck  Bus SE” şirkətinin Azərbaycanda eksklüziv strateji partnyoru, Bobcat və bir sıra tikinti-daşıma sahəsi üzrə brendlərin rəsmi idxalçısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!