Sabirabadda manyak peyda olub

saytların hazırlanması

Evə çatdırılma

Sabirabadda manyak peyda olub

Sosial

17 İyun 2019 22:52 1419


Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22:23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb. pizza

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!