Antioksidant, lif və vitaminlərlə zəngin olan qaragilə sağlam qidalanmada geniş istifadə olunur. Lakin bəzi insanlar üçün bu meyvənin həddindən artıq istehlakı arzuolunmaz nəticələrə səbəb ola bilər.
"Yeni Sabah" xəbər verir ki, qaragilə C və K vitaminləri, manqan və polifenollarla zəngin meyvələrdən biridir. Sağlam insanlar adətən bu meyvəni problemsiz şəkildə qəbul edə bilirlər.
Qaragilə kimlər üçün riskli ola bilər? pizza hut
Qan durulaşdırıcı dərmanlardan istifadə edən şəxslərə qaragiləni həkim məsləhəti əsasında qəbul etmək tövsiyə olunur. Buna səbəb meyvənin tərkibində K vitamininin olmasıdır.
Şəkərli diabeti olan şəxslər də qaragilənin tərkibindəki təbii şəkərə görə qəbul etdikləri miqdara diqqət etməlidirlər.
Meyvəyə allergiyası olan insanlarda ağızda qaşınma, dodaqlarda şişkinlik, səpgi və nəfəs almaqda çətinlik yarana bilər.
Böyrək xəstəliyi və həssas bağırsaq problemi olan şəxslərin də qaragiləni ölçülü şəkildə qəbul etməsi tövsiyə olunur.
Qaragiləni necə təhlükəsiz istehlak etmək olar?
Qaragilə istehlakdan əvvəl bol su ilə yuyulmalıdır. Əzilmiş və ya kiflənmiş meyvələr ayrılmalıdır.
Meyvənin soyuducuda yuyulmadan saxlanılması və yalnız yeyilməzdən əvvəl yuyulması məsləhət görülür.
Dondurulmuş qaragilə də istifadə edilə bilər. Lakin bu zaman tərkibində əlavə şəkər olmayan məhsullara üstünlük verilməlidir.
Mütəxəssislər qaragilənin tamamilə zərərli olmadığını, əsas məsələnin bəzi risk qruplarında qəbul miqdarına və fərdi sağlamlıq vəziyyətinə diqqət yetirmək olduğunu bildirirlər.
Xüsusilə müntəzəm dərman qəbul edən və xroniki xəstəlikləri olan şəxslərin qidalanma rasionuna dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız