Sahil Babayevdən ilk xəbərdarlıq:   Bu şəxslər işdən çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayevdən ilk xəbərdarlıq: Bu şəxslər işdən çıxarılacaq

İqtisadiyyat

08 Fevral 2025 11:40 34960


Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.

Modern.az saytının əldə etdiyi məlumata görə, yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.

Sahil Babayev hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı olacaqlarını da qeyd edib.

Xatırladaq ki, Sahil Babayev fevralın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək, maliyyə naziri postuna təyin olunub.

Maliyyə Nazirliyindəki hazırkı heyət keçmiş maliyyə naziri Samir Şərifovun vaxtında formalaşıb. Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad olunub və Baş nazirinin müavini təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Dəb düşüb kimisə hara qoyurlar birinci öz adamların işə qoymaq üçün 10,20 il stajlı mütəxəssisləri işdən çıxardırlar
    1 year ago
  • Tahir alıyev
    DSMF-də etdiyini burda da eliyəcək.Orda ixtisar elədiyi şəxslər hələ də iş axtarırlar,dilənçi günündə sürünürlər.
    1 year ago