Şahzadə Harri Britaniyaya qayıtdı, amma kral ailəsindəki statusu bərpa olunmadı

saytların hazırlanması

Evə çatdırılma

Şahzadə Harri Britaniyaya qayıtdı, amma kral ailəsindəki statusu bərpa olunmadı

Dünya

08 Sentyabr 2026 00:30 67


Şahzadə Harri Böyük Britaniyaya qayıtmasına baxmayaraq, fərdi şəxs olaraq qalır və kral ailəsinin üzvü kimi heç bir rəsmi funksiyanı yerinə yetirməyəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə kral sarayının lord-sərəncamçısı Riçard Benyon tərəfindən dövlət strukturlarının rəhbərlərinə göndərilən məktubda bildirilir.

"2020-ci ilin yanvarında Sasseks hersoqu və hersoginyası monarxiyanın nümayəndəlik səlahiyyətlərindən imtina etdilər və artıq kral ailəsinin fəaliyyət göstərən üzvləri deyillər... Onların statusu kommersiya və xeyriyyə maraqları olan fərdi şəxslərin statusuna bərabərdir", - deyə bəyanatda bildirilir. pizza

Sərəncamçı vurğulayır ki, Harri və Meqan "Əlahəzrətləri" titullarından istifadə edə bilməzlər, onların xeyriyyəçilik fəaliyyəti isə şəxsi işləridir və özəl qaydada həyata keçirilir.

"Bütün təhlükəsizlik məsələləri ilə bağlı müvafiq polis orqanlarına müraciət edilməlidir", - deyə məktubda qeyd olunur.

2020-ci ildə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsi ilə münaqişədən sonra Böyük Britaniyanı tərk edərək kral vəzifələrini yerinə yetirməkdən imtina ediblər. Bununla əlaqədar Kral ailəsi üzvlərinin və ictimai xadimlərin müdafiəsi üzrə İcraiyyə Komitəsi (RAVEC) Harrinin əvvəlki kimi yüksək səviyyədə mühafizəyə ehtiyacı olmadığı barədə qərar qəbul edib. Onların qayıtmasına baxmayaraq, komitə hələ də qərarını yenidən nəzərdən keçirməyib.

Avqustun sonunda Harri və həyat yoldaşı Meqan Markl kral ailəsi ilə münaqişələrindən altı il sonra uzunmüddətli yaşamaq üçün Böyük Britaniyaya köçüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!