28 May - 18:41
Şamaxı sakinindən qanunsuz odlu silah götürüldü

Şamaxı sakinindən qanunsuz odlu silah götürüldü

Hadisə

22 Yan 2022 23:39


Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Hacıqədirli kəndində yaşayan Əvəz Heydərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ə.Heydərov barəsində qanunamüvafiq tədbir görülüb.


Youtube kanalımız


Digər xəbərlər