Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?

Hadisə

10 Yanvar 2026 22:08 689


"Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb".

"Yeni Sabah" xəbər verir ki, bu barədə AZƏRTAC-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.

Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3.8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!