Ekstravaqant üslubu ilə tanınan Samir Bağırov özünü "trend" adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, “Öz aramızda” verilişinin qonağı olan müğənni onun üçün trend anlayışı xüsusi məna daşımadığını bildirib:
“Trend-trend" deyə-deyə gəzirsiniz. Nə trend? Mən özüm trendəm! Mənə uyğun, özümü rahat hiss etdiyim paltar elə trenddir. Trend zövqsüz insanlar üçündür. Zövqlü insan özü trend yaratmağı bacarmalıdır”. pizza
Müğənninin bu fikri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun fikrinə qatıldığını bildirib.
Telegram kanalımız