Samir Şərifov maaş artımlarından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Samir Şərifov maaş artımlarından danışdı

Sosial

20 Yanvar 2023 13:58 828


“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsində ayrılır”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib. Dördpendirli pizza

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək minimum əməkhaqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!