Samuxda 3 məktəb koronavirusa görə distant təhsilə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Samuxda 3 məktəb koronavirusa görə distant təhsilə keçdi

Hadisə

31 Oktyabr 2021 17:53 702


Samuxda 3 məktəb distant təhsilə keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova bildirib.

N. Həsənova deyib ki, rayonun İnistitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində, Qarayeri qəsəbəsində fəaliyyət göstərən orta məktəbdə 4 müəllimdə, Əhmədbəyli kənd tam orta məktəbində direktor və 4 müəllimdə koronavirus infeksiyası aşkar olunub. Bu səbəbdən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. pizza sifarişi

Qeyd edək ki, Samuxda ümumilikdə 35 orta ümumtəhsil, 2 məktəbdən kənar təhsil ocağında 9849 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 1684 nəfər pedoqoji heyət məşğul olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!