Sarışın Dilarə - Yenilik təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Sarışın Dilarə - Yenilik təəccübləndirdi

Şou

13 Mart 2024 12:07 565


“Maska”nın qalibi Dilarə Kazımova uzun illər sonra görünüşündə dəyişiklik edərək kamera qarşısına keçib.

Yenisabah.az xəbər verir ki, həmişə tünd saçlarda olan sənətçi ilk dəfə saçının rəngini dəyişərək sarışın obrazda pozalar verib. Estrada ulduzunun imicindəki dəyişiklik təəccüblə qarşılanıb. O bunu yeni layihəsi üçün etdiyini bildirib.

“İlk dəfə olaraq saçımın rəngini dəyişdim. Amma özümə görə yox, yeni layihə üçün bu addımı atdım. Bu imicimi çox sevdim və inanıram ki, siz də sevəcəksiniz”. Marqarita pizza

Fotolarını isə “Sensum Photo Art” çəkib.

Qeyd edək ki, Kazımova bir neçə gün sonra “Zəng - zəng” adlı klipini ictimaiyyətə təqdim edəcək. Layihənin prodüseri Məryəm Feyziyevadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!