Sarkisyanın qardaşı oğlu həbs edildi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyanın qardaşı oğlu həbs edildi - Foto

Rəsmi

16 İyun 2021 14:05 1219


Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beş il yarım müddətinə həbs cəzasına məhkum edilib.

Yenisabah.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, müvafiq hökm hakim Vahe Misakyan tərəfindən verilib.

Məhkəmə bildirib ki, N.Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınaraq, o, 3 il 6 ay həbsdə qalacaq. Dördpendirli pizza

Qeyd edək ki, N.Sarkisyana qarşı cinayət işi 2018-ci ildə açılıb və o axtarışa verilib.

Keçmiş prezidentin qardaşı oğlu qanunsuz silah saxlama, narkotik ticarəti və adam qaçırmaqda günahlandırılır.

2018-ci ilin dekabrında N.Sarkisyan Praqada tapılıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub və 2019-cu ilin dekabrında o, Ermənistana ekstradisiya olunub.

N.Sarkisyan ona qarşı irəli sürülən ittihamlara görə özünü təqsirli bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!