“Sea Breeze”ə  gedənlərə ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

“Sea Breeze”ə  gedənlərə ŞAD XƏBƏR

Sosial

17 İyul 2026 14:36 149


Yay mövsümü ilə əlaqədar paytaxtdan çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ekspres marşrut xəttini bərpa edir. Sabahdan (şənbə günündən) etibarən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə "Sea Breeze" istirahət mərkəzini birləşdirən 150E nömrəli ekspres avtobuslar fəaliyyətə başlayacaq.

“Yeni Sabah” xəbər verir ki, həftəsonları (şənbə və bazar günləri) xidmət göstərəcək iritutumlu avtobuslar metronun "Koroğlu" stansiyasının cənub çıxışından (piramida tərəfdən) yola düşəcək.

Yol boyu sərnişinlərin rahatlığı üçün avtobuslar aşağıdakı məntəqələrdə dayanacaq: Pepperoni pizza

Heydər Əliyev prospekti (Bakıxanov qəsəbəsi tərəfdəki yerüstü keçid)

Bakı Ekspo Mərkəzi

Mərdəkan prospekti (Binə qəsəbəsi və Qala yolu ilə kəsişmə)

Buzovna qəsəbəsi (5 nömrəli Peşə Məktəbi)

Bilgəh Kardioloji Sanatoriyası

Bilgəh–Pirşağı yolu (çimərlik zonası)

      "Sea Breeze 1" və "Sea Breeze 2"

       Hərəkət saatları: 07:00-dan 22:00-dək

       İnterval: 30 dəqiqə

      Gediş haqqı: 0.90 AZN (ödəniş yalnız nağdsız qaydada həyata keçirilir)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!