Səadət Sarayında nikah neçəyə başa gəlir? - Dəbdəbə sevənlər nəzərə alsın

saytların hazırlanması

Evə çatdırılma

Səadət Sarayında nikah neçəyə başa gəlir? - Dəbdəbə sevənlər nəzərə alsın

Sosial

29 İyun 2026 13:44 374


Azərbaycanda ailə həyatı qurmağa hazırlaşan cütlüklərin bir qismi nikahlarını sadəcə rəsmiləşdirməklə kifayətlənir, digərləri bu günü daha yaddaqalan etmək üçün Səadət Sarayında təntənəli nikah mərasiminə üstünlük verir.

"Yeni Sabah" xəbər verir ki, bu Sarayda nikah üçün bir sıra prosedurlardan keçmək lazımdır.

Azərbaycanda nikahın dövlət qeydiyyatı həm ASAN Xidmət mərkəzlərində, həm də Səadət Sarayında həyata keçirilə bilər. Lakin təntənəli nikah mərasimi keçirmək istəyən şəxslər əvvəlcə qanunvericiliyin tələb etdiyi mərhələləri tamamlamalıdır. pizza mizza

Nikaha qədər ilk addım – Tibbi müayinə və ərizə

Nikaha daxil olmaq istəyən hər iki şəxs əvvəlcə tibbi müayinədən keçməlidir. Bunun üçün ASAN Xidmət vasitəsilə analiz verilir və hər iki tərəfdən qan nümunəsi götürülür.

Tibbi müayinənin qiyməti adambaşı 20 manat təşkil edir. Beləliklə, cütlük analiz üçün ümumilikdə 40 manat ödəyir.

Analizlərin cavabı təxminən 15 gün ərzində hazır olur. Nəticələrdə hər hansı problem aşkarlanmadıqdan sonra nikah üçün rəsmi ərizə vermək mümkündür.

Ərizə təqdim edilərkən 10 manat dövlət rüsumu ödənilir. Nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin iştirakı tələb olunur.

Ərizə qəbul edildikdən sonra nikah tarixi müəyyənləşdirilir. Təntənəli nikah mərasimi keçirmək istəyənlər nəzərə almalıdır ki, seçdikləri tarixdən düz 1 ay əvvəl ərizə verməlidirlər. Əks halda istədikləri günü əldə etmək mümkün olmaya bilər.

Səadət Sarayında VİP qiymətlər

Təqdim olunan xidmətlər üçün müxtəlif paketlər mövcuddur.

Araşdırmamız zamanı əldə etdiyimiz qiymət siyahısına əsasən, burada sadə paketin qiyməti 280 manatdır. Bu paketə aşağıdakılar daxildir:

Təntənəli nikah mərasimi

Musiqi;

Nümayəndənin təqdimatı;

Foto və video çəkilişi

Nikah şirnisi.

Daha geniş xidmətlərdən yararlanmaq istəyənlər üçün isə VIP paket 550 manat təşkil edir. Bu paketə sadə paketdəki xidmətlərlə yanaşı:

Göyərçin

Saksafon ifası

Gül ləçəkləri

Qırmızı xalça

Skripka müşayiəti

Dekorativ arka

4 qızılı tumba daxildir.

Beləliklə, yalnız paket qiymətinə əsasən Səadət Sarayında təntənəli nikah mərasimi keçirmək üçün 280-550 manat arasında vəsait tələb olunur.

Əlavə xidmətlər seçilərsə xərc daha da artır. Qiymət siyahısına əsasən, paketdən əlavə sifariş verilən xidmətlər ayrıca ödənişlidir.

Əlavə xidmətlərin qiymətləri isə belədir:

Arka – 100 manat

4 qızılı tumba – 100 manat

Göyərçin – 50 manat

Gül ləçəkləri (2 iri səbət) – 30 manat

Saksafon – 50 manat

Skripka – 50 manat

Albom – 100 manat

Qırmızı xalça – 50 manat

Səadət Sarayında nikah mərasimi ilə yanaşı, kəbin xidməti də təklif olunur. Qiymət cədvəlinə əsasən, kəbinin kəsilməsi üçün əlavə 50 manat ödənilir. Bundan başqa, həftəsonu və digər qeyri-iş günlərində nikah mərasimi keçirmək istəyən cütlüklər üçün də xüsusi xidmət mövcuddur. Bu halda əlavə 50 manat ödəniş etməklə nikahın qeyri-iş günündə rəsmiləşdirilməsi mümkündür.

Beləliklə, təntənəli nikah etməyi planlaşdıran cütlük üçün minimum məcburi xərclər tibbi analizlər (40 manat), dövlət rüsumu (10 manat) və ən ucuz paket (280 manat) olmaqla 330 manat təşkil edir.

Əgər cütlük VIP paketi və əlavə xidmətləri də seçərsə, nikah mərasiminin dəyəri 700-1000 manatı, bəzi hallarda isə bundan da çox məbləği keçə bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!