Səhhətində problem yaranmış aparıcı: Kənddəyəm

saytların hazırlanması

Evə çatdırılma

Səhhətində problem yaranmış aparıcı: Kənddəyəm

Şou

08 İyul 2023 13:33 1484


Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Natəvan Babayevanın səhhətində problem yaranıb. Bir neçə ildir onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşib.

Yenisabah.az News24-a istinadla xəbər verir ki, aparıcı səhhitinə dair açıqlama verib. 

“Səhhətimdə yaranan problemə görə bir gün telefonuma baxa bilmədim. Vəziyyətim yaxşılaşanda gördüm ki, tanıyan-tanımayan hər kəs narahat olub. Hələ də zəngləri, mesajları cavablayıram. Gördüm ki, məni nə qədər sevən insan varmış. Dördpendirli pizza

Yaranan fürsətdən istifadə edib demək istəyirəm ki, narahat olmasınlar. İndi özümü yaxşı hiss edirəm. Hazırda rayondayam. İstirahət edirəm. Ata-anamın kəndində, qohumlarımın əhatəsində özümü yaxşı hiss edirəm. Mesaj yazan, halımı soruşan, narahat olan hər kəsə təşəkkür edirəm! Hamınızı sevirəm”.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının peşəkar aparıcılarından biri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!