Şəhid ailəsi nədənsə narazıdırsa, deməli haqlıdır -   Hüquq müdafiəçisi

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailəsi nədənsə narazıdırsa, deməli haqlıdır - Hüquq müdafiəçisi

Sosial

28 Yanvar 2021 13:25 1079


"Şəhid ailələrinə münasibətdə "Şəhid ailəsi nədənsə narazıdırsa, deməli haqlıdır" prinsipi əsas götürülsə bütün problemləri həll etmək asan olacaq".

Yenisabah.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

O qeyd edib ki, Şəhid ailəsinın hansısa tələbinin dərhal yerinə yetirilməsi mümkün olmaya bilər, hətta ümumiyyətlə mümkün olmaya da bilər: Sezar pizza

"Yaxud Şəhid ailəsinin müraciət etdiyi ünvan aidiyyatı olmaya bilər. Bu halda "bu mümkün olan məsələ deyil", "bu məsələ bizə aid deyil" deyib Şəhid ailəsini qapıdan qaytarmaq yumuşaq desək  düzgün deyil. Şəhid ailəsi pensiya məsələsi ilə bağlı məsələn gedib polis idarəsinə şikayət edirsə, "bu bizə aid deyil, gedin filan idarəyə" deməli deyil. Bütün məsələlərdə prezumpsiya Şəhid ailəsinin tərəfində olmalıdır. "Bəli Siz haqlısız. Gəlin bir yerdə araşdıraq", "Yaxşı edib bizə müraciət etmisiz. İndi biz Sizi filan idarəyə müşayət edəcəyik və çalışarıq həmin idarə ilə məsələnizi həll edək" və s. Yerli icra hakimiyyətlərinə, yerlərdəki orqanlara bununla bağlı bəlkə treninqlər keçək? Ölkə Prezidentinin, Ali Baş Komandanın dediklərini, tapşırdıqlarını onlara təlimlər vasitəsi ilə izah edək? Məncə bunu etmək mümkündür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!